Menyu

"Neftçi" İmad Farajla yollarını ayırdı

Operativ Media
"Neftçi" İmad Farajla yollarını ayırdı
1 dəq oxu

"Neftçi" futbolçusu İmad Farajla yollarını ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb 

Fransalı futbolçu bundan sonra karyerasını Tunisin “Esperans” klubunda davam etdirəcək. 

“Neftçi” PFK “Esperans”ın transferlə bağlı təklifini və 27 yaşlı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, bu təklifi müsbət dəyərləndirib.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və artıq razılıq əldə olunub.

2025-ci ilin iyul ayında Kiprin “AEK Larnaka” klubundan “Neftçi”yə transfer olunan İmad Faraj bir mövsüm ərzində komandamızın heyətində 34 rəsmi oyunda meydana çıxıb. Bu görüşlərdə 7 qol vuran və 6 məhsuldar ötürmə edən fransalı futbolçu “Neftçi”nin uğurları üçün öz töhfəsini verib.

Əlaqəli Xəbərlər