Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1411 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, azı 1411 nəfər ölüb, 3124 nəfər yaralanıb, 5400-dən çox ev dağılıb.
***
12:09
Əfqanıstanın Kunar əyalətində 6.2 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb, yaralıların axtarışı və xilasetmə işləri davam etdirilir.
Operativ Media xəbər verir ki, təbii fəlakət nəticəsində minlərlə insan yaralanıb.
Hakimiyyət orqanları zəlzələdən zərər görən bölgələrdə xilasetmə əməliyyatının davam etdiyini, lakin ərazidə şəraitin çətin olması səbəbindən işlərin ləng getdiyini bildirirlər.