Azərbaycan və İran Hirkan meşələrinin iqlim dəyişikliyindən qorunması üçün birgə tədbirlər görəcək.
Operativ Media xəbər verir ki, Türkiyənin İstanbul şəhərində 17–19 oktyabr tarixlərində keçirilən “Qlobal Sıfır Tullantı Forumu” çərçivəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari arasında görüş olub.
Görüş zamanı tərəflər ətraf mühit sahəsində ikitərəfli və regional əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Həmçinin Hirkan meşələrinin iqlim dəyişikliyindən qorunması üzrə birgə tədbirlər planının hazırlanması barədə razılığa gəlinib.