Məsud Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Əziz Əzizli
Məsud Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Azərbaycan-İran əlaqələri hərt iki ölkə rəhbərliyinin iradə və diqqəti ilə uğurla inkişaf edir.

Operativ Media-ya Nazirlər Kabinetindən verilən məlumata əsasən, bu barədə İran Prezidenti Məsud Pezeşkianla bu ölkədə səfərdə olan Azərbaycanın Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib.

Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

***

22.09.25. 22:40

İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.

Şahin Mustafayev, eyni zamanda, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə də görüşüb.

Digər xəbərlər