2026-cı il üçün təhsil xərcləri 5 milyard 15 milyon 897 min 622 manat proqnozlaşdırılır.
Operativ Media xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Belə ki, həmin vəsaitdən məktəbəqədər təhsilə 468 milyon 191 min 803 manat, ümumi təhsilə 2 milyard 414 milyon 834 min 982, manat, peşə təhsilinə 105 milyon 465 min 624 manat, orta ixtisas təhsilinə 94 milyon 202 min 70 manat, ali təhsilə 212 milyon 479 min 231 manat, əlavə təhsilə 20 milyon 278 min 935 manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 7 milyon 883 min 524 manat, təhsil sahəsində digər müəssisə və tədbirlərə isə 1 milyard 692 milyon 561 min 453 manat ayrılması nəzərdə tutulur.