Spor Toto Super Liqanın 24-cü həftəsində "Kayserispor" "Fənərbaxça" ilə qarşılaşacaq.
"Operativ Media" xəbər verir ki, Kayseri Bölgə Təhlükəsizlik Şurasının qərarına əsasən, "Kayserispor" - "Fənərbaxça" matçına Fənərbaxçalı tamaşaçılar buraxılmayacaq.
"Fənərbaxça" 4-0 "Konyaspor" matçında azarkeşlər hökümət əleyhinə şüarlar səsləndirdikləri üçün bu qərarın alındığı bildirilir.