Sabunçuda 45 yaşlı şəxs qətlə yetirilib, yeniyetmə saxlanılıb

Operativ Media
Sabunçuda 45 yaşlı şəxs qətlə yetirilib, yeniyetmə saxlanılıb

Oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Operativ Media-ya verilən məlumata görə, araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

Digər xəbərlər