"Neftçi"nin yeni transferi Bakıda müayinədən keçib

Operativ Media
"Neftçi"nin yeni transferi Bakıda müayinədən keçib

"Neftçi"nin yeni transferi Vensan Abubakar Bakıdakı özəl klinikalardan birində müayinədən keçib.

Operativ Media  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kamerunlu hücumçudan kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib.

Futbolçunun sağlamlığında heç bir problem aşkarlanmayıb.

Digər xəbərlər