Menyu

Nizamidə 66 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Operativ Media
Nizamidə 66 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə 66 kiloqram 325 qram narkotik vasitənin satışının qarşısı alınıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Əməliyyat zamanı əvvəlcə 38 yaşlı Samir Səidov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 41 kiloqram 575 qram narkotik vasitə marixuana aşkarlanıb. 

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən daha bir nəfər - 40 yaşlı Samil Qədiyev də saxlanılıb. Onun üzərindən, idarə etdiyi “Hyundai” markalı avtomobildən və yaşadığı evdən ümumilikdə 24 kiloqram 750 qram marixuana, eləcə də psixotrop tərkibli metadon həbləri aşkarlanıb. 

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qanunsuz yollarla əldə etdikləri və Bakı şəhərində satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı Nizami RPİ-də cinayət işləri başlanılıb, araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən fasiləsiz mübarizə davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər