Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunda bürünc medal qazandı

Operativ Media
Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunda bürünc medal qazandı

Paragüllə atıcımız Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma (P1) yarışında 215 xalla bürünc medal əldə edib.

Operativ Media xəbər verir ki, noyabrın 5-də başa çatacaq turnirdə idmançımız 50 metr məsafəyə (P4) və 10 metr məsafəyə qarışıq komanda (P6) yarışlarında da mübarizəsini davam etdirəcək.

Qeyd edək ki, paralimpiyaçımız ötən ay Avropa çempionatında 1 qızıl və 2 gümüş medal qazanmışdı.

Digər xəbərlər