“Zirə”nin futbolçuları İssa Cibriela və Toni Qomes milli komandaya dəvət alıb.
"Operativ Media" xəbər verir ki bu barədə "Zirə"nin rəsmi feysbuk hesabı məlumat paylaşıb.
Futbolçular müvafiq olaraq Niger və Qvineyu-Bisau millilərinə çağırılıb. İssa Cibrielanın şərəfini qoruduğu Niger yığması Afrika Millətlər Kubokunun seçmə oyunu çərçivəsində Tanzaniya və Uqandaya Toni Qomesin çıxış etdiyi Qvineya-Bisau isə Nigeriyaya qarşı mübarizə aparcaq.