Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, günün ilk matçında "Səbail" "Sumqayıt"ı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Günün ikinci matçında "Sabah" "Kəpəz"i qonaq edəcək. Saat 18:30-da start götürəcək matç CBC Sport vasitəsilə canlı yayımlanacaq.