"Karagümrük"ün hücumçusu het-trik etdi, qollarını zəlzələ qurbanlarına həsr etdi - FOTO

Əziz Əzizli
"Karagümrük"ün hücumçusu het-trik etdi, qollarını zəlzələ qurbanlarına həsr etdi - FOTO

Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki "Karagümrük" doğma meydanda "Sivasspor" klubunu qəbul edib. 7 qolun vurulduğu matçda "Karagümrük" 4-3 hesabı ilə qalib gəlib.

Bu matçda het-trik edən "Karagümrük"lü futbolçu Mbaye Diaqne qol sevincində  zəlzələ fəlakətində həyatını itirən Türkiyə vətəndaşlarını  unutmayıb.

Digər xəbərlər