Çempionlar Liqası: PSJ dayandı, "Milan" 1/4 final mərhələsinə yüksəldi

Əziz Əzizli
Çempionlar Liqası: PSJ dayandı, "Milan" 1/4 final mərhələsinə yüksəldi

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları keçirilib.

"Operativ Media" xəbər verir ki, PSJ səfərdə "Bavariya" ilə qarşılaşıb. Matç Almaniya klubunun qələbəsiylə başa çatıb - 2:0. Ümumi hesabda 0:3 uduzan PSJ turnirlə vidalaşıb.

Gecənin digər qarşılaşması İngiltərədə "Tottenhem" ilə "Milan" arasında baş tutub. Görüş qolsuz bərabərliklə bitib. İki oyunun nəticəsinə görə ümumi hesabda üstün olan (1:0) "Milan" adını növbəti mərhələyə yazdırıb.

Digər xəbərlər