"Tottenhem"in futbolçusu Harri Keyn karyerasında altıncı dəfə Premyer Liqada bir mövsümə 20 və daha çox qol vurmağı bacarıb.
"Operativ Media" xəbər verir ki, ingilis hücumçu bu göstəriciyə "Nottingem Forest"lə oyunda (3:1) dubl edərək çatıb.
Keyn Premyer Liqada azı 6 mövsüm 20 və daha çox qol vuran 3-cü futbolçu olub. O, ikinci olan sabiq hücumçu Serxio Aqueroya çatıb.
Bu göstəricidə rekordçu Alan Şirerdir. İngiltərəli əfsanəvi forvard 7 mövsüm Premyer Liqada 20 və daha çox qol vurub.