"Qarabağ"ın "Qalatasaray"la xeyriyyə matçının vaxtı məlum oldu

Əziz Əzizli
"Qarabağ"ın "Qalatasaray"la xeyriyyə matçının vaxtı məlum oldu

Martın 26-da "Qarabağ" Futbol Klubu rəhbərliyinin təşəbbüsü ilə "Qalasarasay"la xeyriyyə matçı keçiriləcək.

"Operativ Media"nın əldə etdiyi xəbərə görə, "Qarabağ" - "Qalatasaray" matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.

Matçdan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərər çəkən şəxslərə sərf olunacaq.

Qeyd edək ki, matç mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçiriləcək.

Digər xəbərlər