"Beşiktaş"ın Azərbaycanda qarşılaşacağı klub bəlli oldu

Əziz Əzizli
"Beşiktaş"ın Azərbaycanda qarşılaşacağı klub bəlli oldu

Türkiyə Super Liqası təmsilçisi "Beşiktaş" bu ay Azərbaycanda "Sabah" klubu ilə yoldaşlıq görüşü keçirə bilər.

"Operativ Media" xəbər verir ki, bu haqda "ağ-qaralar"ın baş məşqçisi Şenol Günəş mətbuata açıqlamasında deyib.

"Yoldaşlıq görüşü ilə bağlı Azərbaycandan danışıqlar apardığımız klub var. “Sabah”la Bakıda qarşılaşa bilərik. Onlarla 4-5 gün öncə əlaqəyə keçmişik. Matçın tarixi dəqiqləşməyib. Oyunun martın 21-24-ü aralığında olacağı gözlənilir. “Sabah” tərəfi isə ayın 25-i oynamağı təklif edib”

Digər xəbərlər