Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, günün ilk matçında autsayder "Səbail" "Turan Tovuz"u qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Günün digər matçında "Neftçi" "Kəpəz"i qonaq edəcək. Saat 19:00-da start götürəcək matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.