"Şöhrət Zalı"nın yeni adları bilindi

Əziz Əzizli
"Şöhrət Zalı"nın yeni adları bilindi

İtaliya Futbol Federasiyası (FIGC) "Şöhrət zalı"nın yeni üzvlərinin adlarını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Siyahıda "Yuventus"un sabiq futbolçusu Zinəddin Zidan, "Roma"nın baş məşqçisi Joze Mourinyu, "Milan"ın keçmiş çalışdırıcısı Siniş Mixayloviç, "Parma" və "Napoli"nin sabiq yarımmüdafiəçisi Canfranko Dzola, "Yuventus" və "İnter" eks forvardı Alessandro Altobelli, "İnter"in keçmiş sahibi Ernesto Pelleqrini və "Torino"nun sabiq baş məşqçisi Ernest Eqri-Erbşteyn yer alıb. 

Digər xəbərlər