İspaniya Laliqasında 26-cı turun oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, turun son matçında "Barselona" doğma meydanda "Real Madrid"i qəbul edib. Son dəqiqə vurduğu qolla İspaniya derbisini 2-1 hesabla Kataloniya təmsilçisi qazanıb.
Bu qələbədən sonra liderliyini davam etdirən "Barselona" Kral klubu ilə xal fərqini 12-ə çatdırıb.