FİFA "Qalatasaray"ı transfer qadağası ilə cəzalandırıb.
"Operativ Media" "Sabah"a istinadən xəbər verir ki, buna futbolçu Sofyan Fequlinin İstanbul təmsilçisinə qarşı etdiyi müraciətə FİFA-nın müsbət cavab verməsi səbəb olub. Beləliklə, "Qalatasaray" futbolçuya son 3 aylıq maaşı, mükafat və bonusların da yer aldığı 1 milyon 600 min avro ödəyəcək. Bundan başqa, klub transfer qadağası ilə cəzalandırılıb. İstanbul təmsilçisi əlcəzairli oyunçuya qeyd olunan məbləği ödəməsə, yay transfer dönəmində heyətinə futbolçu cəlb edə bilməyəcək.