"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu

Əziz Əzizli
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu

İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Operativ Media" La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı Xose Luis Mendilibar çalışdıracaq.

İspaniyalı məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, bu vəzifədə Xorxe Sampaolini əvəz edib.

Qeyd edək ki, Xose Luis Mendilibar son olaraq "Alaves"i çalışdırıb. 

Digər xəbərlər