Dmitri Nazarov "Ersgebirge"ni tərk edə bilər

Əziz Əzizli
Dmitri Nazarov "Ersgebirge"ni tərk edə bilər

Azərbaycan millisinin üzvü Dmitri Nazarov yayda klubunu dəyişə bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Hazırda III liqa təmsilçisi "Ersgebirge"də çıxış edən 32 yaşlı yarımmüdafiəçiyə bir neçə təklif var.

Maliyyə durumu yaxşı olmayan Aue təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatan yarımmüdafiəçini komandada saxlamaq istəyir. Nazarov qərarını mövsümün sonunda verəcək.

Yarımmüdafiəçi bu mövsüm 30 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

"Ersgebirge" III Bundesliqada 29 turdan sonra 36 xalla 12-ci sıradadır.

Digər xəbərlər