"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 28-ci turunda bu gün "Sumqayıt"la keçirilən oyunda (2:3) zədələnən futbolçusu Piruzi Marakvelidzenin durumundan danışıb.
"Operativ Media" xəbər verir ki, o, görüşdən sonrakı mətbuat konfransında gürcüstanlı yarımmüdafiəçinin 2-3 həftə komandaya kömək edə bilməyəcəyini deyib:
“Təəssüf ki, zədəsi ciddiyə oxşayır. Dartılma var. Yəqin ki, 2-3 həftə komandaya kömək edə bilməyəcək”.
Qeyd edək ki, 42-ci dəqiqədə zədələnən futbolçu Turan Vəlizadə ilə əvəzlənib.