"Lester"də baş məşqçi Brendan Rocerslə yollar ayrılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İrlandiyalı mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
Rocers 2019-cu ilin fevralından "tülkülər"i çalışdırırdı.
"Lester" Premyer Liqada 28 oyunda sonra 25 xalla 19-cu sıradadır.