Menyu

Tanınmış futbol funksioneri "İmişli"də çalışacaq

Operativ Media
Tanınmış futbol funksioneri "İmişli"də çalışacaq
1 dəq oxu

Premyer Liqada yerini qorumağı bacaran “İmişli” yeni mövsüm üçün çalışmalara start verir.

Klub rəhbərliyi xüsuslə legioner transferində daha diqqətli olmaq niyyətindədir.

Operativ Media  Futbolinfo.az-a istinadən xəbər verir ki, bu məqsədlə klubda yeni post təsis olunub. Sırf skautinq işi üçün tanınan funksioner Rəsul Allahverdiyev iş başına gətirilib.

O, bölgə təmsilçisində şef-skaut olacaq.

Təyinat rəsmən açıqlanmasa da, Allahverdiyev bir müddətdir fəaliyyətə başlayıb.

Əlaqəli Xəbərlər