Menyu

Azərbaycanda sənədsiz evlərə çıxarış verilməsi təklif olunur

Operativ Media
Azərbaycanda sənədsiz evlərə çıxarış verilməsi təklif olunur

Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub.

Operativ Media xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəsi zamanı deputat Kamal Cəfərov çıxış edib.

Deputat deyib ki, hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev var: “Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahat lazımdır. Mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir. Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmir. Qeydiyyata düşə bilmədiyi üçün ərazi üzrə dövlət xidmətlərinə tam çıxışı olmur, evinə qaz çəkə bilmir. Ailə başçısı vəfat edəndə vərəsəlik hüququ avtomatik tanınmır, övladına qanuni yolla keçirə bilmir.

Boşanma zamanı mənzilə hüquqi iddia irəli sürə bilmir. Sənədsiz evlər bu gün dəyərindən 20-30 faiz ucuz satılır, banklar tərəfindən girov kimi qəbul edilmir. Yəni, vətəndaş öz evini kapitala çevirib kiçik biznes qura bilmir.

Başa düşürəm ki, bu çox mürəkkəb məsələdir, məsuliyyəti ağırdır. Riskli tərəfləri çoxdur. Ancaq sənədsiz evlərlə bağlı dünya təcrübəsi, Türkiyə təcrübəsi mövcuddur. Türkiyədə İmar Barış proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3%-i miqdarda ilkin rüsum ödəməklə çıxarış aldı.

Biz də buna oxşar təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda, o cümlədən mübahisəli evlər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilə bilər.

Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardla manat həcmində əlavə və davamlı dəyər qata bilər. Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün – şəhərsalma və memarlıq ilində - amnistiya elan edilsin. Bununla bağlı xüsusi proqram qəbul edilsin. Bu məsələ mərhələli formada həll edilsin”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər