Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
Operativ Media
İyunun 29-30-da çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Operativ Media xəbər verir ki, yarışın ilk günündə yeniyetmə (U17) oğlanlar arasında qaliblər müəyyənləşəcək. Növbəti gün isə kişilər və yeniyetmə qızlar qum üzərində güclərini sınayacaqlar.
Su İdmanı Sarayı yaxınlığında yerləşən Avropa Oyunları Parkında (EGP Arena) təşkil ediləcək yarışda görüşlər hər gün 10:00-da başlayacaq.
Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi üzrə yığma komandanın heyətini formalaşdırmaqdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net