“İzmir Cup – 2023” turnirinin qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, “Qarabağ”ın U-12 komandası Türkiyənin “Başakşəhər” klubu ilə qarşılaşıb. Qarşılaşma komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Qarabağ"ın növbəti rəqibləri “Altınordu”, “Manisa” və “Portu” klubları olacaq.