Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı, "Qarabağ" "Kəpəz"i qəbul edəcək

Əziz Əzizli
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı, "Qarabağ" "Kəpəz"i qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura yekun vurulacaq.

"Operativ Media" xəbər verir ki, günün ilk matçı Tovuzda keçiriləcək. "Turan Tovuz" "Şamaxı" klubunu qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Turun son matçında "Qarabağ" "Azərsun Arena"da "Kəpəz" klubunu qonaq edəcək. Saat 18:30-da start götürəcək matç CBC Sport kanalında canlı yayımlanacaq.

Digər xəbərlər