Kadi Borqes "Qarabağ"a qayıda bilər

Əziz Əzizli
Kadi Borqes "Qarabağ"a qayıda bilər

Kadi Borqes yenidən “Qarabağ”da oynaya bilər. Bu, ehtimal deyil, rəsmi qərardan asılı olan məsələdir.

"Operativ Media" Futbolinfo.az-a istinadən xəbər verir ki, tezliklə Rusiya futbolunun taleyi ilə bağlı qərar qəbul olunmalıdır. Şimal qonşularımızın avrokuboklara buraxılıb-buraxılmayacağı yaxın günlərdə bəlli olacaq. UEFA ruslara qoyulan qadağanı ləğv etməsə, klublar bəzi oyunçuları ilə vidalaşacaq. Onlardan da biri Kadidir.

Qışda “Krasnodar”ın “Qarabağ”dan transfer etdiyi braziliyalının müqaviləsində bununla bağlı bənd var. Belə ki, Rusiya Premyer Liqası təmsilçisi futbolçunu 5 milyon avroya transfer etmiş, eyni zamanda bu məbləği iki dəfəyə ödəyəcəyini razılaşdırmışdı.

Vəsaitin 3 milyonu transfer reallaşan zaman ağdamlıların hesabına köçürülmüşdü, qalan məbləğ bu yay ödənilməlidir. Lakin rusların Borgesi Ağdam klubuna qaytarıb qalan məbləği ödəməkdən imtina etmək hüququ var. Belədə “Qarabağ”dan 6 ay müddətinə uzaq düşən futbolçu 3 milyon avro qazandırdığı kluba yayda geri dönə bilər.

“Krasnodar” avrokubokda iştirak qadağası götürülməyəcəyi təqdirdə əlavə xərcə düşmək istəmir. Məsələ mövsüm bitdikdən sonra dəqiqləşəcək. Ukrayna müharibəsinin davam etdiyini nəzərə alsaq, Rusiya klublarının bağışlanması real deyil

Digər xəbərlər