Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolunun təmiri ilə bağlı 2 milyon manat ayrılıb

Operativ Media
Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolunun təmiri ilə bağlı 2 milyon manat ayrılıb

İki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsi bərpa olunacaq və istinad divarları tikiləcək.

Operativ Media  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla bu məqsəd üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manatı ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.

Digər xəbərlər