PSJ-nin də istədiyi uruqvaylı futbolçu "Çelsi"yə keçməyə yaxındır

Əziz Əzizli
PSJ-nin də istədiyi uruqvaylı futbolçu "Çelsi"yə keçməyə yaxındır

"Sportinq Lizbon"un uruqvaylı yarımmüdafiəçisi qısa müddət ərzində komandadan ayrılacaq.

"Operativ Media" xəbər verir ki, bas məşqçi postuna Maurisiyo Poçettinonu gətirən "Çelsi" Portuqaliyada çempion ola bilməyən "Sportinq Lizbon" klubunun uruqvaylı yarımmüdafiəçisi Manuel Uqarte transferi üçün komandası ilə 60 milyon avro müqabilində böyük ölçüdə razılıq əldə edib. Futbolçunu transfer etmək istəyən klublar arasında Fransa nəhəngi PSJ də yer alır.

Futbolçunun sərbəst qalma dəyərini ödəməyi qəbul edən PSJ-nin Uqarteni yetişdirən kluba da ödəniş etmək istədiyi bildirilir. Bu il Çempionlar Liqasına vəsiqə qazana bilməyən "Sportinq"in futbolçunu satacağı gözlənilir.

"Çelsi" futbolçu ilə böyük ölçüdə razılığa gəlsə də, klubu ilə danışıqlar davam edir.

"Sportinq Lizbon" ilə rəsmi sənədlərin tamamlanmasını gözləyən "Çelsi", transferin baş tutacağına əmin görünür, Portuqaliya klubu isə PSJ-nin təklifi qaldıracağını gözləyir. Bu mövsüm "Sportinq Lizbon"da 47 oyun keçirən Uqarte  qol və məhsuldar ötürmə edə bilməyib. 22 yaşlı futbolçu ötən mövsüm 6,5 milyon avroya "Famalikao"dan komandaya keçib.

Digər xəbərlər