Azərbaycanda hibrid avtomobillər azı 2 min manat bahalaşıb

Operativ Media
Azərbaycanda hibrid avtomobillər azı 2 min manat bahalaşıb

Azərbaycanda hibrid və plugin-hibrid avtomobillərə tətbiq edilən vergi güzəştinin müddətinin uzadılmayacağına dair xəbərdən sonra bu avtomobillərin qiymətləri indidən bahalaşıb. 

Operativ Media xəbər verir ki, bu barədə AzTV-nin hazırladığı reportajda satıcılar bildiriblər.

Onlar qeyd ediblər ki, 10 gün bundan əvvəl 23000 manata satılan avtomobil hazırda 25 min manatdır.

Qeyd edək ki, 2026-cı ildən etibarən yalnız elektrik mühərrikli avtomobillər ƏDV-dən 1 il müddətinə azad olunacaq. 

Hibrid mühərrikli avtomobillərin isə 10-15 faiz bahalaşacağı bildirilir. 

Digər xəbərlər