Beyləqanın Dünyamalılar kəndi ərazisində anomobillə vurulan 10 yaşlı uşaq komaya düşüb.
Operativ Media xəbər verir ki, 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlu rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə vurub.
TƏBİB-dən bildirilib ki, azyaşlı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanıb.






