"Kəpəz"dən daha bir futbolçu ayrıldı

Əziz Əzizli
"Kəpəz"dən daha bir futbolçu ayrıldı

Cinah müdafiəçisi Yusif Nəbiyev "Kəpəz"dən ayrılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə 26 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edib. O, instaqramda komanda ilə fotosunu paylaşaraq "Hər şeyə görə çox sağ olun" yazıb.

Nəbiyev 2022-ci ilin yayından "Kəpəz"də çıxış edirdi. O, Gəncə təmsilçisində Premyer Liqada 34 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha əvvəl Fərid Nəbiyev "sarı-göylər"dən ayrılmışdı.

Digər xəbərlər