"Səbəil" klubu gələn mövsüm üçün heyətini gücləndirmək istəyir.
"Operativ Media"nın məlumatına görə "Dənizçilər" "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevi heyətinə qatmaq istəyir.
Karyerası ərzində "Bakı", "Altay", "Sumqayıt", "Qaziantep", "Şamaxı" və "Neftçi" klublarında çıxış etmiş Hacıyev 293 oyuna 33 qol vurub, 26 assist etməyi bacarıb.
Qeyd edək ki, Rəhman Hacıyev geridə qalan mövsümün çoxunu ehtiyatda keçirib.






