Azərbaycanlı müdafiəçi də "Səbail"i tərk edir

Əziz Əzizli
Azərbaycanlı müdafiəçi də "Səbail"i tərk edir

"Səbail" klubunu tərk edən futbolçuların sayı getdikcə artır. Əksər legionerlərlə yollarını ayıran Bayıl təmsilçisi daha bir ayrılığa hazırlaşır.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, "Dənizçilər" sol cinah müdafiəçisi Turan Manafovla yolları ayırmağa hazırlaşır. 

Futbolçunun şəxsi instaqram hesabında "Səbail" klubunun forması ilə şəkil paylaşıb "Finish" yazması deyilənlərin doğru olduğunu gücləndirir.

Digər xəbərlər