"Sabah" "Eştoril"in kapitanını istəyir

Əziz Əzizli
"Sabah" "Eştoril"in kapitanını istəyir

"Sabah” Portuqaliyanın “Eştoril” klubunun futbolçusu Juanzinyo ilə maraqlanır.

"Operativ Media" xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

34 yaşlı cinah müdafiəçisini Macarıstanın “Dioşdyor” komandası da heyətinə qatmaq istəyir.

Təcrübəli müdafiəçinin “Eştoril”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. 2019/2020 mövsümündə Kiprdə APOEL-in formasını geyinən Juanzinyo “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçında meydanda olub.

O, “Eştoril”də kapitan sarğısını daşıyır.

Digər xəbərlər