Gündüz Abbaszadə "Qarabağ"la yollarını ayırıb

Əziz Əzizli
Gündüz Abbaszadə "Qarabağ"la yollarını ayırıb

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Gündüz Abbaszadə klubu tərk edib.

"Operativ Media"  Qol.az-a istinadən xəbər verir ki, O, qarşıqlı razılaşma əsasında klubla yolları ayırıb.

"Bununla bağlı klub rəhbərliyinə müraciət etdim. Qarşılıqlı razılaşma əsasında "Qarabağ"la yolları ayırdıq. "Qarabağ"dakı 2 il 4 aylıq fəaliyyət mənim üçün böyük təcrübə oldu. 2 çempionluq yaşadım, 2 qrup mərhələsi, 2 pley-off... "Qarabağ"ın tarix yazdığı oyunlarda bunun bir parçası oldum. Biz "Qarabağ"la sadəcə rəsmiyyətdə yollarımızı ayırırıq. Bundan sonra da bizim bağlılığımız qalacaq. Bu müddətdə başda Emrah Çelikel və Qurban Qurbanov olmaqla mənə ən çox etimad göstərən rəhbərliyə təşəkkür edirəm" - deyə G.Abbaszadə bildirib. 

G.Abbaszadə bildirib ki, yeni planlar var və fəaliyyətinə harada davam etdirəcəyinə yaxın günlərdə qərar verəcək.

Digər xəbərlər