Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 8,3 faiz artıb

Redaksiya
Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 8,3 faiz artıb

Cari ilin yanvar-may aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyon 179,9 min manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən "Operativ Media"ya bildirilib ki, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,3 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.

Digər xəbərlər