"İnter"in qapıçısı maşınla adam öldürdü

Əziz Əzizli
"İnter"in qapıçısı maşınla adam öldürdü

Bu səhər İtaliyanın Komo şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı “İnter” klubunun ikinci qapıçısı Josep Martines əlil arabasındakı kişiyə çırpılıb.

Operativ Media xəbər verir ki,  bu haqda “La Gazzetta dello Sport” məlumat yayıb .

Məlumata görə, yerli vaxtla saat 09:43-də baş verən qəzada Martines 81 yaşlı kişiyə çırpılıb və həmin şəxs hadisə yerində dünyasını dəyişib.

Qəzanın ardından təcili tibbi yardım briqadası və həkimlər dərhal hadisə yerinə gəlib. Onlar yaşlı kişiyə ilkin tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, Martines hadisədən dərhal sonra zərərçəkənə kömək etməyə çalışıb və polis artıq baş verənlərlə bağlı araşdırmaya başlayıb.

Digər xəbərlər