Menyu

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminar uğurla yekunlaşıb

Operativ Media
“Süni intellektin mediada tətbiqi” mövzusunda seminar uğurla yekunlaşıb

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən “Süni intellektin mediada tətbiqi” mövzusunda iki günlük seminar uğurla yekunlaşıb.

Operativ Media xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Proqramın ikinci günündə media nümayəndələri süni intellekt texnologiyalarının informasiya istehsalında, məlumatların emalında və generativ məzmunun hazırlanmasındakı rolu barədə məlumat alıblar.

Sessiyalar Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin tərəfindən keçilib, iştirakçılarla interaktiv müzakirələr aparılıb.

Seminar zamanı süni intellektin media sektorunda operativlik, analitika və məzmun istehsalı istiqamətində yaratdığı imkanlar, həmçinin rəqəmsal transformasiyanın gətirdiyi çağırışlardan bəhs edilib. Qeyd olunub ki, belə təşəbbüslər jurnalistlərin peşəkar inkişafına, innovativ texnologiyaların mediada məsuliyyətli tətbiqinə və informasiya mühitinin keyfiyyətinin yüksəlməsinə töhfə verir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər