Bakıda qol güləşi üzrə dünya çempionatına start verildi

Operativ Media
Bakıda qol güləşi üzrə dünya çempionatına start verildi

Oktyabrın 28-də Bakıda qol güləşi üzrə dünya çempionatına start verilib.

Operativ Media xəbər verir ki, ilk dəfədir Azərbaycanda keçirilən dünya çempionatının açılış mərasimində əvvəlcə yarışda iştirak edəcək ölkələrin paradı olub.

Açılışda Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) prezidenti Anders Aksklo və Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib və çempionatı açıq elan ediblər. 

Qeyd edək ki, dörd gün müxtəlif yaş kateqoriyalarında davam edəcək yarışlarda 30 ölkədən 400-dən çox idmançı mübarizə aparır.

Digər xəbərlər