"Dinamo Zaqreb" hücumçusunu satır - Mahir Emreli üçün oynamaq şansı

Əziz Əzizli
"Dinamo Zaqreb" hücumçusunu satır - Mahir Emreli üçün oynamaq şansı

Türkiyə Super Liqası təmsilçisi "Trabzonspor" heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır.

"Operativ Media" xəbər verir ki, "Trabzonspor" Xorvatiyanın "Dinamo Zaqreb" klubundan xorvatiyalı hücumçu Bruno Petkoviçlə razılıq əldə edib. Hücumçu üçün qarşı tərəfə 3 milyon avro ödəniləcək və futbolçu ilə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, son mövsümün ikinci yarısını "Konyaspor" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli də məxsus olduğu "Dinamo Zaqreb" klubuna geri dönüb. Bruno Petkoviçin komandadan ayrılmasından sonra Emrelinin daha çox forma şansı qazanacağı gözlənilir.

Digər xəbərlər