“Lukoyl” sanksiyalara görə xarici aktivlərini satır

Şəfa Hüseynli
“Lukoyl” sanksiyalara görə xarici aktivlərini satır

Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl” şirkətə və onun törəmə şirkətlərinə qarşı müəyyən ölkələrin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri əsas gətirərək, xarici aktivlərinin satışını elan edib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Aktivlərin satışı “Rosneft” və “Lukoyl”la bağlı əməliyyatların dayandırılmasını tənzimləyən ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) lisenziyasına uyğun olaraq həyata keçirilir. 

“Lukoyl”un Avropada iki neft emalı zavodu var, biri Rumıniyada və biri Bolqarıstanda. Şirkət həmçinin Hollandiyadakı neft emalı zavodunda 45 faiz paya sahibdir.

Bundan əlavə, 11 ölkədə karbohidrogen hasilatı və kəşfiyyatı layihələrində iştirak edir. O cümlədən, Azərbaycanda “Şahdəniz” qaz layihəsi üzrə investor konsorsiumunun bir hissəsidir, İraqdakı “Qərbi Qurna-2” yatağında hüquqlara malikdir, Qazaxıstanda Tengiz neft layihəsini həyata keçirən “Tengizchevroil” şirkətində 5 faiz, Qazaxıstan neftinin nəqlini həyata keçirən Xəzər Boru Kəməri Konsorsiumunda isə 12,5 faiz paya malikdir.

Digər xəbərlər