Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 42 faiz artıb

Operativ Media
Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 42 faiz artıb

Azərbaycanla Belarus arasındakı ticarət dövriyyəsinin dinamikası təhlil edilib.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında qeyd edilib.

Bildirilib ki, 2024-cü ildə ticarət dövriyyəsi 42% artaraq 506 milyon ABŞ dollarına çatıb. Bununla belə, tərəflər ticarət nomenklaturasının genişləndirilməsi, yeni məhsullar və xidmət qruplarının dövriyyəyə daxil edilməsi və tranzit-logistika imkanlarının daha fəal istifadəsini vacib hesab ediblər.

Mədəniyyət, təhsil, idman və gənclər siyasəti sahələrində əməkdaşlığın inkişaf etdirilməsi də diqqətdə saxlanılıb. Əməkdaşlıq çərçivəsində qarşılıqlı olan mədəniyyət günlərinin keçirilməsi, gənclər forumlarının təşkili və şəhərlər arasında qardaşlaşma təşəbbüslərinin genişləndirilməsinin iki ölkə arasında humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirildi.

Digər xəbərlər