“Bayer”in yarımmüdafiəçisi Ezekiel Fernandes bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Operativ Media xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı argentinalı futbolçu Almaniya Bundesliqasının 8-ci turunun “Frayburq”a qarşı matçında (2:0) sol dizinin bağlarını zədələyib və 67-ci dəqiqədə əvəzlənib.
Fernandes 2025/2026 mövsümündə “Bayer”in heyətində 8 matçda meydana çıxıb. O, bu ilin sentyabrından Leverkuzen təmsilçisində çıxış edir.






