"Sabah" "Krasnodar"ın futbolçusunu alır

Əziz Əzizli
"Sabah" "Krasnodar"ın futbolçusunu alır

"Sabah" klubu Konfrans Liqası öncəsi transfer çalışmalarını davam etdirir.

"Operativ Media" xəbər verir ki, Masazır təmsilçisi Rusiyanın "Krasnodar 2" klubunun 19 yaşlı yarımmüdafiəçisi Rüstəm Berzeqovu heyətinə qatmağa yaxındır.

Rüstəm "Krasnodar 2" klubunun heyətində 46 oyuna 6 qol vurub, 9 assist etməyi bacarıb.

Qeyd edək ki, futbolçu instaqram hesabından "Sabah" klubunu izləməyə başlayıb.

Digər xəbərlər