İqtisadiyyat naziri Mikayıl Cabbarov Kiçik və Orta Biznes subyektlərinin fəaliyyəti ilə bağlı açıqlama yayıb.
"Operativ Media" xəbər veri ki, nazir bu barədə "Tvitter" hesabında paylaşım edib.
"Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. KOB subyektlərinin fəaliyyətinin təşviqi iqtisadiyyatımızın şaxələnməsinə və qeyri neft sektorunun inkişafına mühüm töhfələr verir. 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində ölkəmizdə KOB subyektlərinin sayı 45% artıb və qeyri-neft ümum daxili məshulda payı 23,5%-dən 26,6%-ə yüksəlib. 2021-ci illə müqayisədə 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19%, vergi daxilolmaları sə 61% artıb. Sahibkarlarımıza davamlı uğurlar və nailiyyətlər arzulayırıq."






